“Qarabağ” – “Sileks” oyununun hakimləri müəyyənləşdibackend

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” oyununun hakimləri bəlli olub.

Sportfan.az xəbər verir ki, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.