“Qarabağ” “Sileks”ə qarşı – YENİLƏNİRbackend

Azərbaycanda koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışlarına həsrətə son qoyulur.

Sportfan.az xəbər verir ki, 5 aylıq məcburi fasilə bu gün “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatacaq.

Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi “Sileks”lə üz-üzə gələcək. Ölkəsində ikinci yeri tutan, lakin çempion “Vardar”ın cəzası olduğu üçün Çempionlar Liqasında iştirak hüququ qazanan Kratovo klubuu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, bugünkü matçın qalibi II təsnifat mərhələsinə adlayacaq. “Qarabağ” boş tribunalar önündə oynamasına baxmayaraq, favoriti olduğu qarşılaşmadan qalib ayrılmağa və bu turnirdə yoluna davam etməyə çalışacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)
Hakimlər:
 Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu