“Qarabağ” “Sileks”i keçsə… – Potensial rəqiblərbackend

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Sportfan.az xəbər verir ki, təmsilçimiz Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırsa, 2-ci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq.

Bununla da Ağdam klubunun mərhələ keçəcəyi halda 3-cü raundda səpələnməmişlər səbətində cəmləşəcək rəqibləri bilinib.

“Qarabağ”ın 2-ci mərhələdəki 9 potensial rəqibi

“Midtyulland” (Danimarka)

“Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi

“Floriana” (Malta) – “CFR Kluj” (Rumıniya) cütünün qalibi

“Ferensvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) cütünün qalibi

“Tselye” (Sloveniya) – “Dundalk” (İrlandiya) cütünün qalibi

“Flora” (Tallin, Estoniya) – “Suduva” (Litva) cütünün qalibi

“Tselye” (Sloveniya) – “Dundalk” (İrlandiya) cütünün qalibi

“Kİ Klaksvik”(Farer adaları) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

“Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) cütünün qalibi

“Ararat-Armenia” (Ermənistan) – “Omoniya” (Kipr) cütünün qalibi isə
“Qarabağ”la qarşılaşa bilməz.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. Bu mərhələnin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.