“Qarabağ”a görə oyunu təxirə salındı – “Legiya”nınbackend

Avropa Liqasının III təsnifat mərhələsində “Drita” üzərində 2:0 hesablı qələbə qazanaraq mübarizəni davam etdirən “Legiya”nın Polşa çempionatındakı matçı təxirə salınıb.

Sportfan.az xəbər verir ki, buna səbəb komandanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmasıdır.

Varşava təmsilçisi Azərbaycan çempionu ilə oktyabrın 1-də baş tutacaq matça rahat hazırlaşmaq üçün sentyabrın 27-də “Slask”la Ekstraklasanın V tur görüşünün təxirə salınmasını istəyib. Yerli federasiya bu istəyi qəbul edib və oyun qeyri-müəyyən müddətə təxirə salınıb.