“Qarabağ”a qarşı ciddi oyun nümayiş etdirməliyik”- “Şerif”in baş məşqçisibackend

“Şerif”in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Fola Eş” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bildirib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, komandasını qələbə münasibətilə təbrik edən xorvat mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları “Qarabağ” haqda da danışıb: “Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bilirəm ki, çətin idi. Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. 1-ci turda qalib gəlməyim mənim üçün vacib idi və ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq”.

O, Ağdam klubunun “Foul Eş”dən daha güclü olduğunu söyləyib: “Ümid edirəm ki, ötən mövsüm olduğu kimi səfərdə də daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etməli və növbəti oyuna hazırlaşmalıyıq. Bakıda bizi güclü rəqib gözləyir. Cütün taleyi 1 matçda həll olunacaq. “Qarabağ”la görüşdən əvvəl çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik”.

Qeyd edək ki, avqustun 26-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Şerif” oyunu saat 20:00-da start götürəcək.