“Qarabağ”da yeni müqaviləbackend

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunda müqaviləsi başa çatan daha bir futbolçunun durumuna aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov növbəti mövsümdə də Ağdam komandasının şərəfini qoruyacaq. Klub rəhərliyi 25 yaşlı oyunçunun sözləşməsini yeniləməyi məqsədə uyğun sayıb.