“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubundabackend

“Qarabağ”dan ayrılan Maqaye Qeye özünə yeni klub tapıb.

Sportfan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını “Adanaspor”da davam etdirəcək. Türkiyənin 1-ci liqasında mübarizə aparan klubun tezliklə seneqallı oyunçunun transferini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, M.Qeye 2019/20-ci illər mövsümünü “Qarabağ”da keçirib. O, komandanın heyətində 28 matça çıxıb və 8 qol vurub.

Xatırladaq ki, Qeye 2015/18-ci illərdə də “Adanaspor”un formasını geyinib