“Qarabağ”ı daha sonra fikirləşəcəyik”- “Sileks”in idman direktorubackend

“Rəqibin kimliyindən asılı olmayaraq, bizimlə görüşdə favorit olacağı bir faktdır”.

Sportfan.az xəbər verir ki, bunu Makedoniya “Sileks”inin idman direktoru Draqan İvanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Kratovo klubunun rəsmisi “Qarabağ”ı təəccübləndirməyə çalışacaqlarını bildirib: “Görüşümüz səfərdə olacaq. Lakin heç kim bizi nədənsə məhrum edə bilməz. Maksimum hər şeyimizi ortaya qoyacaq, kişi kimi mübarizə aparacaq və Makedoniyanı layiqincə təmsil edəcəyik”.

İvanov onu da vurğulayıb ki, “Qarabağ”la oyunu bu gün “Belasitsa” ilə keçirəcəkləri Makedoniya çempionatının ilk tur matçından sonra düşünəcəklər.