“Qarabağ”ın 4 rəqibi qaldı – Çempionlar Liqasındabackend

Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü ərəfəsində komandalar qruplara bölünüb.

Sportfan.az xəbər verir ki, UEFA 34 iştirakçını 5 qrupa ayırıb.

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.

Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Çempionlar Liqası
2020/21 mövsümü
I təsnifat mərhələsi

1-ci qrup
Səpələnmişlər

“Seltik” (Şotlandiya)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
Səpələnməmişlər
“Yurqorden” (İsveç)
“Reykyavik” (İslandiya)
İlkin mərhələnin qalibi

2-ci qrup
Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)
“Şerif” (Moldova)
“Sarayevo” (Bosniya və Herseqovina)
Səpələnməmişlər
“Fola” (Lüksemburq)
“Konnah” (Uels)
“Europa” (Cəbəllütariq)

3-cü qrup
Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)
“Omoniya” (Kipr)
ÇFR (Rumıniya)
Səpələnməmişlər
“Buduçnost” (Monteneqro)
“Ararat” (Ermənistan)
“Floriana” (Malta)

4-cü qrup
Səpələnmişlər

“Astana” (Qazaxıstan)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər
“Dinamo” (Brest, Belarus)
“Riqa” (Latviya)
“Tirana” (Albaniya)
“Sileks” (Şimali Makedoniya)

5-ci qrup
Səpələnmişlər

“Molde” (Norveç)
“Dandolk” (İrlandiya)
“Slovan” (Slovakiya)
“Suduva” (Litva)
Səpələnməmişlər
“Klaksvik” (Farer adaları)
“Flora” (Estoniya)
“Çelye” (Sloveniya)
“KuPS” (Finlandiya)