“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdibackend

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportfan.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə “Sileks”lə (Şimali Makedoniya) qarşılaşacaq.

Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin görüşləri 18-19 avqustda keçiriləcək.