“Qarabağ”ın daha iki potensial rəqibi- Çempionlar Liqasıbackend

Ardıcıl 7-ci dəfə ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində “Fola” (Lüksemburq) və Albaniya çempionu “Tirana” ilə də qarşılaşa bilər. Daha əvvəl səbəti qeyri-müəyyən olan bu komandaların “səpələnməmişlər”də olacağı dəqiqləşib.

Aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və Rumıniya çempionu olacaq.

Səpələnməmişlər səbətində isə “Qarabağ”ın potensial rəqibləri – “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta) yer alıb.

Beləliklə, “Qaabağ”ın 14 potensial rəqibi bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq.