“Qarabağ”ın kapitanının zədəsi ciddi deyilbackend

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya “Sileks”i ilə oyununda (4:0) zədələnən “Qarabağ”ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun  verdiyi məlumata görə, futbolçunun zədəsi ciddi deyil.

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, “Sileks”lə matçın 76-cı dəqiqəsində zədələnən Medvedev meydanı xərəkdə tərk edib.

“Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi Moldova “Şerif”i olacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.