“Qarabağ”ın rəqibi Bakıya yola düşdübackend

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks” Bakıya yola düşüb.

Sportfan.az xəbər verir ki, Şimali Makedoniya klubunu gətirən təyyarə bir qədər əvvəl havaya qalxıb.

Yerli mətbuat çarter reysi ilə paytaxtımıza səfər edən komandada itki olmadığını yazıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.