“Qarabağ”ın “Şerif”lə oyun üçün iştirak ərizəsi- 21 oyunçubackend

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Moldova “Şerif”i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportfan.az xəbər verir ki, siyahıda 21 oyunçunun adı yer alıb. Onlardan 3-ü qapıçı, 7-i müdafiəçi, 8-i yarımmüdafiəçi və 3-ü hücumçudur.

ÇL-in 1-ci təsnifat mərhələsi ilə müqayisədə ölkə Ağdam təmsilçisinin iştirak ərizəsində bir dəyişiklik olub. Klub yarımmüdafiəçisi Ruslan Hacıyevi yenidən “Səbail”ə icarəyə verdiyi üçün oyunçu siyahıdan çıxarılıb.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İmayıl İbrahimli, 19.Filip Ozobiç, 71.Toral Bayramov, 77.Donald Gerye,

Hücumçular: 11. Mahir Emreli, 7. Kvabena Ovusu, 29. Musa Qurbanlı

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.