“Qarabağ”ın yeni transferi Bakıdabackend

“Qarabağ”ın yeni transferi Kevin Medina Bakıya gəlib.

Sportfan.az xəbər verir ki, bu barədə futbolçu özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Kolumbiyalı mərkəz müdafiəçisi Bakı Olimpiya Stadionunun şəklini paylaşıb. “Gözəldir bu dəli həyat” yazısını yazan 27 yaşlı futbolçu klubla münasibətləri rəsmiləşdirdikdən sonra yeni komandasının təlim-məşq toplanışına qoşulmaq üçün Qəbələyə yollanacaq.

Qeyd edək ki, Portuqaliyanın “Çaves” klubundan transfer edilən Kevin Medinanın “Qarabağ”la 3 illik müqavilə bağlaması gözlənilir.