“Qarabağ”ın yeni transferinin gələcəyi vaxt bilindibackend

“Qarabağ”ın yeni transferi Kevin Medina həftəsonu Azərbaycana gələcək.

Sportfan.az xəbər verir ki xəbər verir ki, Ağdam klubu kolumbiyalı müdafiəçinin bütün sənəd məsələlərini həll edib.

27 yaşlı futbolçu Bakıda tibbi baxışdan keçəcək və sağlığında problem çıxmasa, 2+1 illik müqavilə imzalayacaq.

Portuqaliyanın “Şavaş” klubundan transfer olunan cənubi amerikalı gələn həftə Qəbələyə – “Qarabağ”ın düşərgəsinə yollanacaq.