“Qarabağ”la “Sileks”in gözü püşkdə – YENİLƏNİRbackend

Avqustun 10-da Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

Sportfan.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Püşkatma iki hissədən ibarət olacaq. Çempionlar yolunda mübarizə aparacaq komandalar 10 cüt təşkil edəcək.

Püşkdə I təsnifat mərhələsinin 17 cütü və yarışa bu raunddan qatılacaq 3 klub iştirak edəcək. Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Sileks”lə təşkil etdiyi cütün də mümkün rəqibi bilinəcək. Ağdamlıların cütü püşkdə səpələnmiş olacaq. Təmsilçimiz 1 klub və 9 cütdən biri ilə görüşə bilər. Lakin püşkdən əvvəl mümkün rəqiblər qruplara bölünüb.

“Qarabağ”ın 4 mümkün variantı qalıb ki, burada 7 rəqib var: “Midtülland” (Danimarka), “Şerif” (Moldova)/”Fola” (Lüksemburq) cütünün qalibi, “Konnah” (Uels)/“Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan)/”Tirana” (Albaniya) cütünün qalibi.

Qeyri-çempionlar yolunda isə 6 klub yarışa başlayacaq. Türkiyə təmsilçisi “Beşiktaş”ın da rəqibi bilinəcək. İstanbullular püşkdə səpələnmişlərdən olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları avqustun 25-26-da keçiriləcək.

Çempionlar Liqası
2020/21 mövsümü
II təsnifat mərhələsi

Çempionlar yolu
1-ci qrup
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Seltik” (Şotlandiya)/“Reykyavik”
(İslandiya) cütünün qalibi
Səpələnməmişlər
“Ferensvaroş” (Macarıstan)/ “Yurqorden” (İsveç) cütünün qalibi
“Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi
“Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi

2-ci qrup
Səpələnmişlər

“Legiya” (Polşa)/“Drita” (Kosovo)// “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail)/“Riqa” (Latviya) cütünün qalibi
“Molde” (Norveç)/“KuPS” (Finlandiya) cütünün qalibi
Səpələnməmişlər
“Ararat” (Ermənistan)/“Omoniya” (Kipr) cütünün qalibi
“Flora” (Estoniya)/“Suduva” (Litva) cütünün qalibi
“Çelye” (Sloveniya)/“Dandolk” (İrlandiya) cütünün qalibi

3-cü qrup
Səpələnmişlər

“Dinamo” (Brest, Belarus)/“Astana” (Qazaxıstan) cütünün qalibi
“Buduçnost” (Monteneqro)/“Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)/“Europa” (Cəbəllütariq) cütünün qalibi
“Qarabağ” (Azərbaycan)/“Sileks” (Şimali Makedoniya) cütünün qalibi
Səpələnməmişlər
“Midtülland” (Danimarka)
“Şerif” (Moldova)/”Fola” (Lüksemburq) cütünün qalibi
“Konnah” (Uels)/“Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
“Dinamo” (Tbilisi, Gürcüstan)/”Tirana” (Albaniya) cütünün qalibi

Qeyri-çempionlar yolu
Səpələnmişlər

“Beşiktaş” (Türkiyə)
“Viktoriya” (Çexiya)
“Rapid” (Vyana, Avstriya)
Səpələnməmişlər
PAOK (Yunanıstan)
“Alkmaar” (Niderland)
“Lokomotiv” (Zaqreb, Xorvatiya)