“Qardaşımın “Neftçi”də uğur əldə edəcəyinə şübhəm yoxdur”backend

«Mənə elə gəlir ki, qardaşım bu ağıır işin öhdəsindən gələ biləcək».

Sportfan.az xəbər verir ki, bu sözləri  «Qəbələ»nin məşqçisi Xaqani Məmmədov deyib.

O, bugünlərdə «Neftçi»nin baş məşqçi postuna təsdiqlənən və 2 illik müqaviləyə imza atan qardaşı Füzuli Məmmədovun ümidləri doğruldacağına inandğını söyləyib:

«Onun təcrübəsi var, öz işini sevir. Qardaşım olduğu üçün demirəm, çox məsuliyyətli insandır. Hər gün öz üzərində çalışır. «Neftçi»nin baş məşqçisi olmaq asan deyil.

Bilir ki, daim diqqət mərkəzində olacaq. İnanmaq və dəstək vermək lazımdır. İstər klub rəhbərliyi, istərsə də yan-yörəsi tərəfindən.

Mən mətbuatın da ona dəstək verməsini gözləyirəm. Füzuli müəllimin «Neftçi»də uğur əldə edəcəyinə şübhəm yoxdur».

Sportinfo.az