Qattuzonun yeni klubu bilindi — RƏSMİbackend

Napoli-dən ayrılan Cennaro Qattuzonun yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, o, Fiorentina-nın baş məşqçisi təyin olunub. 43 yaşlı mütəxəssis A seriyası təmsilçisində işinə iyulun 1-dən başlayacaq. O, bu vəzifədə istefa verən Cüzeppe Yakını əvəzləyib.

Qeyd edək ki, Qattuzo 2019-cu ilin dekabrından Napoli-ni çalışdırırdı. İtaliyalı çalışdırıcı bir neçə gün əvvəl bu klubdan ayrılmışdı.