“Qəbələ”dən ayrılan yarımmüdafiəçi Polşa klubundabackend

“Qəbələ”dən bu yay ayrılan Fernan Lopesin yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Polşa “Yagelloniya”sına keçib. Bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı oyunçu Belostok təmsilçisi ilə 1+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, Fernan Lopes ötən mövsüm “Qəbələ”də 3 qol vurub və 5 qolun ötürməsini verib.