“Qəbələ”nin “Neftçi” ilə qarşılaşacaqbackend

Azərbaycan Premyer Liqasının və Avropa Liqasının startına hazırlığını davam etdirən “Neftçi” yeni mövsüm öncəsi bu gün son yoxlama görüşünü keçirəcək.

SPORTFAN.AZ xəbər verir ki, “ağ-qaralar” “Qəbələ”ni sınağa çəkəcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşma 20:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” Qəbələ toplanışı çərçivəsində “Sumqayıt”a (3:0) qalib gəlib, “Qarabağ” (0:1) və “Sabah”a məğlub olub (2:5). “Qəbələ” isə “Zirə” (0:0), “Səbail” (1:2), “Sumqayıt” (2:1) və “Sabah”la (0:2) görüşlərdə fərqli nəticələr göstərib.

Yoxlama görüşü
14 avqust
20:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”