Qələbəni sevgilisi ilə qeyd etdi – Mourinyobackend

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo iyulun 12-də “Arsenal” üzərindəki qələbəni sevgilisi Pryu Karter-Robunsonla keçirib.

Sportfan.az İngiltərə mətbuatına  istinadən xəbər verir ki, matçdan dərhal sonra portuqaliyalı mütəxəssis qadının evinə gedib. Onun əynində matç zamanı geyindiyi paltar olub. Joze evə “Audi 4×4” maşını ilə gəlib. Onun qolundakı qiymətli saat diqqət çəkib.

Qeyd edək ki, bu ikili hələ Joze “Real”da işləyərkən tanış olub. Onlara ötən il Qətərdə çimərlikdə dincələrkən rast gəlinib. Britaniya KİV-ləri bu ikilin sevgi romanı yaşadığını bildirir.

Mourinyo 30 ildir Matilda Mourinyo ilə evlidir. Onları iki böyük övladı var. Bildirilir ki, Joze 2016-cı ildə “Mançester Yunayted”ə baş məşqçi təyin edildikdən sonra onunla həyat yoldaşı arasında problemlər yaranıb.