Qurban Qurbanova çatdı – Maksim Medvedevbackend

Azərbaycan millisinin futbolçusu Maksim Medvedev yığmanın kapitanları siyahısında 5-ci yerə şərik olub.

Sportfan.az xəbər verir ki, Millətlər Liqasının II turunun Kiprlə səfər matçı Medvedevin kapitan kimi çıxdığı 11-ci oyun olub.

Təcrübəli müdafiəçi bu göstəricidə Qurban Qurbanovla Mahir Şükürova çatıb. Yalnız 4 oyunçu daha çox görüşdə kapitan sarğısı ilə iştirak edib.

Mütləq rekordçu Rəşad Sadıqovdur – 78. Tərlan Əhmədov 41, Nazim Süleymanov  22, Aslan Kərimov 18 dəfə meydana bu rolda çıxıb.