Qus Hiddinkin yeni işi yeri müəyyənləşib- RƏSMİbackend

Niderland millisinin sabiq çalışdırıcısı Qus Hiddinkin yeni işi yeri müəyyənləşib.

Sportfan.az xəbər verir ki, 73 yaşlı mütəxəssis Kurasao millisini çalışdıracaq. Tərəflər DÇ-2022-yə kimi müqavilə bağlayıblar.

Cəmi 160 min əhalisi olan Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Ölkənin Futbol Federasiyası 2011-ci ildə FİFA-ya üzv olub. Kurasao millisi KONKAKAF konfederasiyasının da üzvüdür.

Xatırladaq ki, Hiddink son olaraq Çinin gənclərdən ibarət yığma komandasını çalışdırıb. 73 yaşlı niderlandlı mütəxəssis ölkəsinin millisinin ilə yanaşı, PSV, “Fənərbaxça”, “Valensiya”, “Real”, “Çelsi”, “Anji” klublarında, Cənubi Koreya, Avstraliya, Rusiya, Türkiyə yığmalarında da baş məşqçi olub.