Qvardiola Aqueronun yeni klubunu açıqladıbackend

Manchester City-nin baş məşqçisi Pep Qvardiola klubu tərk edən Serxio Aqueronun yeni ünvanını açıqlayıb.

Sportfan.az  xəbər verir ki, ispan mütəxəssis, argentinalı hücumçunun Barcelona-da oynayacağını deyib:

“Aquero tarixin ən yaxşı futbolçusu Lionel Messi ilə birlikdə oynayacaq. O, Barcelona-nı daha güclü edəcək”.

Aqueronun Barcelona ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.