Ramil Şeydayev oyundan sonra məşqçilərlə mübahisə etdibackend

Dünən Lüksemburqla matçın 58-ci dəqiqəsində Renat Dadaşovla əvəzlənən Ramil Şeydayev buna sərt etirazını bildirib.

Sportfan.az xəbər verir ki, yığmanın yeganə qolunun müəllifi matçdan sonra məşqçi korpusu ilə mübahisə edib.

1:2 hesablı biabırçı məğlubiyyətin üzüntüsünü yaşayan hücumçu oynamağa gücünün olduğunu bildirib və nəyə görə vaxtından əvvəl meydandan çıxarılmasının səbəblərini soruşub.

Canni De Byazi onu köməkçilərinin məsləhəti ilə kənara aldığını söyləyib. Baş məşqçi forvarda sakitləşməyi və artıq bu oyunu unutmasını tapşırıb.(sportinfo.az)