“Real” 3 futbolçusu ilə müqviləni yeniləyirbackend

“Real” 3 futbolçusu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.

Sportfan.az xəbər verir ki, söhbət müdafiəçilər Serxio Ramos, Rafael Varan və Dani Karvahaldan gedir.

“Kral klubu” kapitana 1, digərlərinə isə 2 illik saziş təklif edib. Razılıq əldə olunarsa, Ramos 2022-ci ilin, Karvahalla Varan isə 2024-cü ilin yayına qədər Madrid təmsilçisinə məxsus olacaq.

 

Qeyd edək ki, “Real” 2019/20 mövsümündə La Liqanın çempionu olub.