“Real” futbolçularını kütləvi şəkildə satmağa hazırlaşırbackend

“Real Madrid” klubu mövsümlərarası dövrdə futbolçularını kütləvi satmağa hazırlaşır.

Sportfan.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat verib.

Məlumata görə, İspaniya çempionlarının rəhbərliyi yarımmüdafiəçisi Qaret Beyli, həmçinin Mariano Diası və Borxa Mayoralı satmaq niyyətindədir.

Klubda bu futbolçulardan təxminən 100 milyon avro qazanmağı nəzərdə tuturlar.

Qeyd edilir ki, həmin futbolçularla yanaşı, həmçinin Lukas Vaskesin də komandadan gedişi mümkündür. Ancaq o özü komandanı tərk etməyi planlaşdırmır.