”Real hər zaman qəlbimdə olub”backend

Real Madrid-in yeni baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Sportfan.az xəbər verir ki, Marca-ya danışan italyan mütəxəssis, təyinatı ilə bağlı fikirlərini bildirib:

“Bu fantastik komandanı idarə etmək üçün mənə imkan yaratdığına görə Everton-a, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, onlar daha yaxşı fürsətləri reallaşdıracaqlar. Everton-da işləməkdən zövq aldım. Onlara və klubun azarkeşlərinə ən yaxşı şeyləri arzu edirəm.

Real-ın təklifi gözlənilməz oldu. Ailəmlə birlikdə düzgün qərar verdiyimizə inanıram. Real hər zaman qəlbimdə olub”.

Real Everton-dan ayrılan Ançelotti ilə üç illik müqavilə imzalayıb.