“Real” ilk oyunda xal itirdibackend

İspaniya La Liqasında II turun növbəti oyunları keçirilib.

Sportfan.az xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan 6 qarşılaşmadan dördü baş tutub.

İlk qələbəsini qazanan “Kadis” səfərdə “Ueska”nı üstələyib. “Qranada” “Alaves”, “Betis” isə “Valyadolid”lə görüşdə ikinci qələbəsini rəsmiləşdirib.

Günə “Real Sosyedad” – “Real” qarşılaşması ilə yekun vurulub. Cari mövsüm ilk oyununa San Sebastianda çıxan “kral klubu” qolsuz bərabərliklə kifayətlənməli olub.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 25-27-də keçiriləcək.

İspaniya La Liqası
II tur
20 sentyabr
“Ueska” – “Kadis” – 0:2

Neqredo, 11, Pombo, 83
“Levante” – “Atletiko” – təxirə salınıb
“Sevilya” – “Elçe” – təxirə salınıb

“Qranada” – “Alaves” – 2:1
Soldado, 7, Maçis, 79 – Xoselu, 22
“Betis” – “Valyadolid” – 2:0
Fekir, 10 (pen.), Karvalyo, 18
“Real Sosyedad” – “Real” – 0:0