“Real” İngiltərəyə bu futbolçularla  getdi – Siyahıbackend

“Real”ın Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə cavab oyunu üçün iştirak ərizəsi müəyyənləşib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərəyə 24 futbolçu ilə gedib. Komandanın baş məşqçisi Zinəddin Zidan heyətə Qaret Beyl, Xames Rodriqes və Mariano Diası daxil etməyib. Bunun səbəbi barədə məlumat verilməyib.

“Real”ın heyəti

Qapıçılar: Kurtua, Areola, Altube

Müdafiəçilər: Karvahal, Militao, Serxio Ramos*, Rafael Varan, Naço, Marselo, Mendi, Xavi Hernandes

Yarımmüdafiəçilər: Kroos, Modriç, Kasemiro, Valverde, İsko

Hücumçular: Hazard, Benzema, Vaskes, Yoviç, Asensio, Braim, Vinisius, Rodriqo

Qeyd edək ki, S.Ramos cəzalı olduğu üçün “Mançester Siti”yə qarşı oynamayacaq. O, komandasına dəstək olmaq üçün heyətdə yer alıb.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.