“Real” maaşları yenidən azaldırbackend

“Real” məşqçilərin və futbolçuların maaşını yenidən müvəqqəti azalda bilər.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın Madrid təmsilçisinin büdcəsinə də zərər vurmasıdır. “Kral klubu”nun rəhbərliyi düşünür ki, matçlar azarkeşsiz keçirildiyi üçün və bilet satışından gəlir götürülmədiyinə görə komanda maaşla bağlı yenidən ixtisara gedə bilər. Lakin hələ klub üzvləri ilə bu barədə danışıqlar aparılmayıb.

Bundan əvvəl aprel ayında məşqçilərin, oyunçuların və digər nümayəndələrin məvaciblərində 10-20 faiz həcmində azalma olmuşdu.