Real Madrid Benzema ilə bağlı qərarını verdibackend

Real Madrid əsas hücumçusu Kərim Benzema ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

sportfan.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı hücumçunun 2023-cü ilin yayınadək komandada qalmasını istəyir.

Fransalı forvardın hazırkı sözləşməsi 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm Real Madrid-in heyətində 33 oyuna 22 qol vurub. O, 2015-ci ildən sonra ilk dəfə Fransa yığmasının heyətinə də çağırılıb.