“Real Madrid” “Borussiya”ya keçdibackend

İspaniya “Real Madrid”i bu ilin qışında transfer etdiyi Reyneri icarəyə verib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu qarşıdakı 2 mövsümü icarə əsasında Almaniyanın “Borussiya” (Dortmund) komandasında keçirəcək.

18 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Reyner “Real Madrid”ə Braziliyanın “Flamenqo” klubundan keçib.