“Real Madrid” Zidanla müqaviləni yeniləməyəcəkbackend

İspaniyanın “Real Madrid” klubu qapıçısı Luka Zidanla yollarını ayıracaq.

Sportfan.az İspaniya mətbuatına  istinadən xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı qolkiperin müqaviləsini yeniləməyəcək.

L. Zidan ötən mövsümü icarə əsasında “Rasinq”də keçirib. Onunla Fransanın “Monpelye” klubu maraqlanır.

Qeyd edək ki, Luka Zidan baş məşqçi Zinəddin Zidanın oğludur. “Real Madrid” 2019/2020 mövsümündə La Liqanın qalibi olub.