“Real Madrid”ə qayıdır- Kasilyasbackend

İspaniya millisinin və “Real Madrid”in sabiq futbolçusu İker Kasilyas “kral klubu”na qayıdır.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.

Portuqaliya “Portu”su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.