“Real Madrid”in növbəti il üçün transfer hədəfləri- 3 futbolçubackend

İspaniyanın “Real Madrid” klubunun 2021-ci il üçün əsas transfer hədəfləri bəlli olub.

Sportfan.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” növbəti yay 3 fransız futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bunlar Almaniya “Leyptsiq”inin müdafiəçisi Dayot Upamekano, Fransa “Renn”indən yarımmüdafiəçisi Eduardo Kamavinq və PSJ-nin hücumçusu Kilian Mbappedir.

Qeyd edək ki, “Real Madrid” 2020-ci ildə yüksək ödənişli oyunçuların transferindən imtina edib.