“Real” və “Barselona”nın hədəfində- “Napoli”nin futbolçusubackend

İtaliyanın “Napoli” klubunun futbolçusu Fabian Ruis İspaniya nəhəngləri “Real” və “Barselona”nın maraq dairəsindədir.

Sportfan.az xəbər verir ki, bunu yarımmüdafiəçinin agenti Migel Alfaro açıqlayıb.

O bildirib ki, La Liqanın iki ən güclü klubu Ruisi gələn yay heyətinə qatmağı planlaşdırır: “Barselona” və “Real” Fabianın xidmətində maraqlıdır. Bu klublar onu 2021-ci ildə heyətinə qatmağa çalışacaq. Biz qərar verməkdə tələsmirik. Ruisin indiki klubu qarşısında öhdəlikləri var”.

Qeyd edək ki, 24 yaşlı ispaniyalının Neapol təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, A seriyasının son mövsümündə keçirdiyi 33 matçda 3 qol vurub.