“Real”dan ardıcıl 9-cı qalibiyyətbackend

İspaniya La Liqasının 36-cı turunun matçında “Qranada” “Real”ı qəbul edib.

Sportfan.az xəbər verir ki, görüş Qranadada, “Los-Karmenes” stadionunda keçirilib və “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab matçın əvvəlində açılıb. Qarşılaşmanın 10-cu dəqiqəsində Ferlan Mendi Kazemironun ötürməsini qola çevirib. “Kral klubu” bir neçə dəqiqə sonra Kerim Benzemanın dəqiq zərbəsi ilə hesabdakı üstünlüyü artırıb. Lakin ikinci hissənin əvvəlində “Qranada” hesab arasındakı fərqi azaldıb – 50-ci dəqiqədə Darvin Maçis komandasının oyundakı yeganə qolunu vurub.

Beləliklə, “Real” doqquzuncu ardıcıl qələbəsini qazanıb.

“Kral klubu” 83 xal toplayaraq, İspaniya çempionatında 1-ci yer tutur. “Qranada” 50 xalla 10-cu yerdə qərarlaşıb.