“Real”ın qapıçısı ilə eyni siyahıda – millimizin üzvübackend

Ukraynanın “Dnepr” klubunun yetirmələrindən ibarət simvolik “11-lik” seçilib.

Sportfan.az yerli mətbuata istinadən xəbər verir ki, rəmzi komandaya Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də düşüb.

Hazırda “Aleksandriya”nın formasını geyinən 32 yaşlı oyunçu “Dnepr”in üzə çıxardığı ən yaxşı sağ cinah müdafiəçisi sayılır. Futbola “Atlant”da başlayan Pavel 16 yaşında “Dnepr”ə üz tutub.

Paşayevlə yanaşı, tanınmış simalardan “Real”ın qapıçısı Andrey Lunin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Yevgeni Konoplyanka da “Dnepr”in ən uğurlu kəşfləri sırasındadır.

Qeyd edək ki, 2004-2014-cü illərdə “Dnepr”də çıxış edən Pavel Paşayev 2017-ci ildən “Aleksandriya”nın formasını geyinir.