“Real”ın yeni baş məşqçisinin adı açıqlandı – Rəsmibackend

Karlo Ançelottinin “Real”ı çalışdıracağı rəsmən açıqlanıb.

Sportfan.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə də Madrid klubunu çalışdırıb. O, son olaraq İngiltərə “Everton”unun baş məşqçisi olub.