Rəşad Sadıqov az müddətdə meydanda olmuş əcnəbilər sırasında- Super Liqadabackend

Türkiyənin “Eskişehirspor” klubunda 2010 – 2012-ci illərdə çıxış etmiş və az müddətdə meydanda olmuş əcnəbi futbolçularla bağlı araşdırma aparılıb.

Sportfan.az-ın məlumatına görə, “Anadolu” qəzetinin siyahısında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq müdafiəçisi Rəşad Sadıqov da var.

Nəşr bildirib ki, 2010/2011 mövsümünün transferləri arasında “Qarabağ”dan “Eskişehirspor”a keçən Rəşad Sadıqov ən çox diqqət mərkəzindəki futbolçu olub. Lakin mövsümün əvvəlində komandaya qoşulan müdafiəçi qışda Türkiyədən ayrılıb.

38 yaşlı sabiq oyunçu Superliqada cəmi 5 oyunda 90 dəqiqə meydanda ola bilib. Sadıqov “Gənclərbirliyi”, “Fənərbağça”, “Ankaragücü”, “Karabükspor” və “Başakşehir”lə matçlarda iştirak edib.