Rəşad Sadıqovun debüt matçı – YENİLƏNİRbackend

Azərbaycan Premyer Liqasında I tura yekun vurulur.

Sportfan.az xəbər verir ki, bu gün son oyun keçiriləcək.

Turun qapanış matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Bu, həm də qonaqların çalışdırıcısı Rəşad Sadıqovun klubun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olacaq. Yay fasiləsində heyətində köklü islahatlar aparan Bakı klubu gənc mütəxəssisə debütündə qələbə hədiyyə etmək istəyir.

Ancaq qəsəbə təmsilçisinin işi asan olmayacaq. Çünki “Qəbələ” ötən mövsümlə müqayisədə ciddi dəyişiklik etməyib və Elmar Baxşıyevin ixtiyarında formalaşmış kollektiv var. Premyer Liqanın son 6 oyununda rəqibinə uduzmayan “qırmızı-qaralar” uğurlu seriyanı doğma arenasında davam etdirməyə çalışacaq.

Premyer Liqa
I tur
23 avqust
19:00. “Qəbələ” – “Zirə”
Hakimlər: 
Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu