Reynieri icarəyə verir-  “Real”backend

“Real” yarımmüdafiəçisi Reynieri icarəyə verməyə hazırlaşır.

Sportfan.az xəbər verir ki, “Valyadolid”dən sonra indi də “Bayer” 18 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq fikrinə düşüb.

“Kral klubu” rəhbərliyi braziliyalının Almaniyada daha yaxşı inkişaf edəcəyini düşünür. Bu üzdən onun “Bayer”ə icarəyə verilməsi inandırıcı görünür. Klublar arasında bununla bağlı danışıqlar davam etdirilir.

Qeyd edək ki, bu ilin yanvarında “Flamenqo”dan 30 milyon avroya transfer edilən Reynier “Kastilya”nın heyətində keçirdiyi 3 oyunda 2 qol vurub.