Rıbka “Səbail”dən getdibackend

“Səbail” qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. 33 yaşlı qolkperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Paytaxt təmsilçisi göstərdiyi xidmətlərə görə qapıçıya təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, A.Rıbka 2019-cu ildən “Səbail”də çıxış edirdi.