Riçard Qadze “Şerif”də – RƏSMİbackend

“Zirə”dən ayrılan Riçard Qadzenin yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını “Şerif”də davam etdirəcək. Bu barədə Moldova təmsilçisinin saytı məlumat  yayıb. Qadze ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.Qanalı oyunçu yeni klubunda 43 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qadze 2019-cu ilin oktyabrından “Zirə”də oynayırdı. O, iyulda Bakı klubundan ayrılmışdı.