Rikardo Kuarejma yenidən Portuqaliyadabackend

Daha bir ulduz futbolçu karyerasını Portuqaliyada davam etdirmək qərarına gəlib.

Sportfan.az xəbər verir ki, uruqvaylı hücumçu Edinson Kavanidən sonra Rikardo Kuarejma da bu ölkədə oynayacaq.

Kavani “Benfika” ilə anlaşıbsa, Portuqaliya millisinin sabiq üzvü “Boavişta”nın formasını geyinəcək. “Kasımpaşa”dan yenicə ayrılan 37 yaşlı ulduz futbolçu yeni komandasına azad agent kimi keçib. Onun müqaviləsinin detalları barədə hələlik məlumat verilməyibQeyd edək ki, Rikardo Kuarejma ölkəsində “Sportinq” və “Portu”nun formasını geyinib. O, həmçinin “Barselona”, “İnter” və “Çelsi” kimi nəhəng klublarda da çıxış edib.