Roberto Karlosun 100 yaşlı nənəsi koronavirusdan sağaldıbackend

“Real”ın və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlosun nənəsi koronavirusa qalib gəlib.

Sportfan.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bir müddət əvvəl koronavirusa yoluxan 100 yaşlı Qismalia dos Santos da Silva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Karlos 1996-2007-ci illər aralığında “Real”da çıxış edib. Sabiq müdafiəçi Braziliya millisində 125 oyuna 11 qol vurub.