“Roland Garros”da koronavirusa yoluxan tennisçilər açıqlandıbackend

Tennis üzrə “Roland Garros” turnirində koronavirusa yoluxanların adları bəlli olub.

Sportfan.az “Marca”ya istinadən xəbər verir ki, bunlar Özbəkistan təmsilçisi Denis İstomin, ispaniyalı Bernabe Zabata-Miralyes, serbiyalı Peca Krştin və ABŞ-dan Ernesto Eskobedodur.

Turnirin protokoluna uyğun olaraq adıçəkilən oyunçuların hamısı bu gün start götürəcək seçmə mərhələdə mübarizə aparmayacaq və yeddi gün təcrid olunacaq.