“Roma” transferdə güzəştə getdi- yarım milyonbackend

İtaliyanın “Roma” klubunun futbolçusu Aleksandr Kolarov karyerasını “İnter”də davam etdirəcək.

Sportfan.az xəbər verir ki, 34 yaşlı serbiyalı müdafiəçinin keçidi üçün milanlılar 1,5 milyon avro ödəməli olacaq.

“Roma” əlavə bonuslar da əldə edə biləcək. Öncə 2 milyon avro istəyən “canavarlar” müdafiəçinin qiymətində güzəştə gedib.

Qeyd edək ki, 2017-ci ildən Romanın eyniadlı təmsilçisində oynayan Kolarov 132 matçda 19 qol vurub.